"Martines getmək istədiyini deməyib" - İnter-dən açıqlama

22 İyun 2020 20:52

"İnter"in idman direktoru Beppe Marotta Lautaro Martinesin gələcəyi barədə danışıb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, klub rəsmisi argentinalı forvardın komandadan ayrılmaq istəmədiyini açıqlayıb:

"Məlumdur ki, Lautaro ilə bir çox komandalar maraqlanır. Lakin biz oyunçularımızı satmaq istəmirik. Martinesin bu təkliflərdən təsirlənməsi normaldır, ancaq onu komandada saxlamaq niyyətindəyik. O, heç vax bizə getmək istədiyini deməyib".

Qeyd edək ki, 23 yaşlı hücumçu ilə "Barcelona"nın yaxından maraqlandığı söylənir. İspaniya mətbuatı daha öncə tərəflərin razılaşdığını iddia etsə də, "İnter" Martinesi buraxmaq istəmir. 

Milli.Az