“Hamısının dadını çıxarmışam” - Xəyalındakı gəlinliyi geyinə bilməyən Ayan - VİDEO - FOTO

22 İyun 2020 19:46

ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı müğənni Ayan Babakişiyeva olub:

Milli.Az xəbər verir ki, müğənni arzusundan danışıb:

"Xəyalımdakı gəlinliyimi geyinmək qismət olmayıb. Artıq övladım üçün gəlinlik düşünürəm. Reklam çarxlarında sima olaraq özüm çəkilmişəm deyə bütün gəlinliklərin dadını çıxartmışam. Təki bütün xanımlarımız xoşbəxt olsun. Kiminsə xoşbəxtliyini görmək mənə yetərlidir".

Milli.Az