"Qarabağ" rəsmən açıqladı - Yollar ayrıldı

22 İyun 2020 18:09

"Qarabağ" üç futbolçusu - qapıçı Vaqner da Silva, müdafiəçilər Ailton Silva və Faysal Rerrasla yolları ayırdığını rəsmən açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,oyunçuların başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, Vaqner da Silva 2018-ci ildən, Ailton və Faysal isə bu mövsümün əvvəlindən "Qarabağ"da çıxış edirdi. Ağdam təmsilçisi daha öncə hücumçu Maqaye Qeye ilə də vidalaşıb.

Milli.Az