Milli Məclisin iclası təxirə salınıb

22 İyun 2020 10:51

İyunun 21-də gün ərzində Milli Məclisin deputatlarından koronavirus infeksiyası ilə bağlı götürülən test nümunələrinin cavabları sabah (23 iyun) bəlli olacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.

Bu səbəbdən Milli Məclisin iyun ayının 23-də keçirilməli olan növbədənkənar plenar iclasının tarixi dəyişdirilib. Plenar iclasın yeni tarixi ilə bağlı məlumat veriləcək.

Milli.Az