Bədbəxt hadisə nəticəsində ölüb

22 İyun 2020 21:27

İyunun 21-də saat 22 radələrində Gəncə şəhər sakini 1968-ci il təvəllüdlü Fuad Qurbanovun ölməsi barədə məlumat daxil olub.

Gəncə şəhər prokurorluğundan Milli.Az-a verilən xəbərə görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

İlkin araşdırmalarla müəyyən edilib ki, Fuad Qurbanov yaşadığı evdə təmir-tikinti işləri apararkən beton plitənin üzərinə düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb, aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb. 

Hazırda faktla bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.

Milli.Az