Şabran rayonunda tikili yanıb

22 İyun 2020 08:40

Şabran rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazriliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Sincanboyad kəndində ümumi sahəsi 15 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az