İkimərtəbəli ev yanıb

22 İyun 2020 07:21

Zaqatala rayonuna evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 135 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 10 m² sahədə və dam örtüyü 35 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az