Ardıcıl 9-cu dəfə çempion oldular

22 İyun 2020 08:12

Futbol üzrə Bolqarıstan çempionatında 2019/20 mövsümünün qalibi müəyyənləşib.

Milli.Az matc.az-a istinadən bildirir ki, "Ludoqorets" mövsümün başa çatmasına 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Sözügedən komanda 27-ci tur çərçivəsində doğma meydanda "Beroe" ilə qarşılaşıb. 2:1 hesablı qələbə qazanan "Ludoqorets" xallarının sayını 65-ə çatdırıb və Sofiya ÇSKA-sı (51) ilə "Levski" (50) üçün əlçatmaz olub.
 
Qeyd edək ki, "Ludoqorets" bu çempionluğu məğlubiyyətsiz qazanıb. Bu, Razqrad klubunun ardıcıl 9-cu çempionluğudu.

#
Team Name
P
GD
Pts
1
PFC Ludogorets 1945 Razgrad
27
35
65
2
PFC CSKA-Sofia
27
24
51
3
Lokomotiv Plovdiv
27
25
50
4
Levski Sofia
27
24
50
5
Slavia Sofia
27
9
48
6
Beroe
27
9
43

Milli.Az