İki futbolçu koronavirusa yoluxdu

21 İyun 2020 20:30

Ukraynanın "Olimpik" klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, bu barədə Donetsk təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Açıqlamada, komandanın iki futbolçusunun koronavirus testinin müsbət çıxdığı bildirilib.
 
"Olimpik" klubunun futbolçularında koronavirus aşkarlandığı üçün bu gün keçirilməli olan "Karpatı" - "Olimpik" matçı təxirə salınıb.

Milli.Az