La Liqa klubunda ayrılıq

21 İyun 2020 19:44

Real Betis baş məşqçisi Rubi ilə yollarını ayırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Betis La Liqanın 30-cu turunun Athletic-lə səfər matçından (0:1) sonra Rubini istefaya göndərib.

Betis-i mövsümün sonuna qədər müvəqqəti olaraq Aleksis Truxilyo çalışdıracaq.

Qeyd edək ki, Real Betis La Liqada 14-cü sıradadır.

Milli.Az