Bakıda yanğın olub - YENİLƏNİB

21 İyun 2020 19:20

19:20

Bakı şəhərinin Binəqədi rayonu, Xocasən qəsəbəsində 1000 m² sahəyə yığılan taxta taralar, yaxınlıqda, hər birinin ümumi sahəsi 200 m² olan iki fərdi yaşayış evinin dam örtüklərinin yanar konstruksiyaları ümumilikdə 19 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evlərin qalan hissəsi və yaxınlıqdakı digər evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

----------

17:30

FHN-dən Milli.Az-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən saat 16:32-də söndürülüb.

---------

17:20

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Milli.Az-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Milli.Az