49 yaşlı kişini maşın vurub öldürüb.

21 İyun 2020 13:40

Qazaxda 49 yaşlı kişini maşın vurub öldürüb.

Milli.Az bildirir ki, hadisə rayonun Əzizbəyli kəndində baş verib. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1971-ci il təvəllüdlü Vüqar Qəhrəmanovu vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az