Qazaxda piyadanı maşın vurub, vəziyyəti ağırdır

20 İyun 2020 23:34

Qazaxda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əzizbəyli kəndində qeydə alınıb.

1971-ci il təvəllüdlü Vüqar Qəhrəmanov yolu keçmək istəyən zaman onu maşın vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az