"Məni arvadım cavan saxlayır" - Səməd Səmədov

20 İyun 2020 18:30

"Arzulayıram ki, bu dərtdən canımız tez qurtarsın. Toylar başlasın. Gedək toylarımıza".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Səməd Səmədov "5/5" verilişində deyib. Sənətçi karantin günlərindən söz açıb.

74 yaşlı müğənni gümrah olmağının sirrini açıqlayıb:

"Məni arvadım cavan saxlayır. Daha sonra isə nəvələrim, hinduşkalarım, toyuqlarım və itlərim... Səhər 6-dan dənizdəyəm. İtlərimlə gedirəm, çimirəm və qayıdıram".

Milli.Az