Yılmaz Vural koronavirusa yoluxdu

20 İyun 2020 18:12

Türkiyənin "Akhisarspor" klubunun 67 yaşlı baş məşqçisi Yılmaz Vural koronavirusa yoluxub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Vuralla yanaşı, komandanın daha 10 üzvünün koronavirus testi pozitiv çıxıb. Onlardan 3-ü futbolçudur. "Akhisarspor"un digər oyunçuları da koronavirus testi üçün müraciət edib.

Nəticə pozitiv olarsa, sabah Bornova stadionunda keçirilməsi planlaşdırılan matç təxirə salınacaq. Bütün komanda isə ev şəraitində 14 günlük karantinə alınacaq.

Milli.Az