Yaponiyada yola brokkoli dağıldı, hərəkət 2 saat dayandı

20 İyun 2020 14:54

Yaponiyada brokkoli daşıyan yük maşınının aşması nəticəsində magistral yolda hərəkət iki saata yaxın dayandırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində 15 metr eni, 30 metr uzunluqda əraziyə brokkoli dağılıb.

Yük maşınında 10 tona yaxın məhsul olub. Sürücü qəza nəticəsində yüngül xəsarətlər alıb.

Milli.Az