DİM imtahanlara gələnlərə müraciət etdi

20 İyun 2020 13:22

"Mən xəstə olanlara, eləcə də ailəsində xəstə olanlara müraciət edirək xahiş edirəm ki, imtahan gəlməyin".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, imtahanda iştirak etməyənlər sentyabrda imtahan verərək attestat ala biləcəklər: "Əgər valideynlər tərəddüd edirlərsə ki, uşaq narahatdır, o zaman onlar imtahana gəlməsinlər".

Milli.Az