"Bu il ali məktəblərə sənəd verənlərin sayı kəskin artıb".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu il 8 min daha çox sənəd verilib: "Bu il təxminən 80 min nəfər məzunun 67 mini ali və orta ixtisas məktəbinə sənəd verib. Ötən il əvvəlki illərin məzunlarının sayı 16 min nəfər idisə, bu il onların sayı 24 528 nəfərdir".
Milli.Az