"Bildiyiniz kimi yaxın zamanlarda bəzi ölkələrlə xüsusi aviareyslərin həyata keçirilməsi nəzərdə tutulur. Nəzərinizə çatdırım ki, sərt karantin dövründə xaricdən gələnlərin vətəndaşların SMS icazə almağa ehtiyac yoxdur".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərərgahın bu gün keçirilən brifinqində deyib.
Ü.Mehdiyev bildirib ki, xaricdən gələn vətəndaşların pasportlarına sərhəd xidməti tərəfindən vurulan ştap icazə hesab olunur.
Daxili uşuşlara gəlincə isə Ü.Mehdiyev bildirib ki, vətəndaşlar biletlərini göstərməklə hava limanına gedə biləcəklər.
Milli.Az