TƏBİB: Rayonlarda insanlar sanki virus yoxmuş kimi hərəkət edirlər

20 İyun 2020 11:24

Maskanı taxmağa hər kəs riayət etməlidir, hər kəs özü başa düşməlidir ki, hansısa dövlət strukturunun, həkimin xatirinə deyil, özünün sağlamlığı üçün maskalardan istifadə edilməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, Bakıda bəlkə də insanlar maskalardan istifadə edirlər. Rayonlarda sanki insanlar virus yoxmuş kimi hərəkət edirlər. Biz buna təəssüflənirik".

Milli.Az