Balansında 1 BTC-dən çox olan cüzdanlar artıb

20 İyun 2020 20:05

Bitinfocharts.com analitik portalı balansında bitcoin sayı göstərilən BTC-cüzdanlar barədə statistik məlumatları dərc edib. Hazırda mövcud olan 27.3 milyon BTC-cüzdan arasında balansına görə ən iri 3 BTC-cüzdan:

255.502 BTC (35hK24tcLEWcgNA4JxpvbkNkoAcDGqQPsP - Huobi)
101.857 BTC (3KZ526NxCVXbKwwP66RgM3pte6zW4gY1tD)
94.506 BTC (37XuVSEpWW4trkfmvWzegTHQt7BdktSKUs)
  Bundan əlavə, hazırda 103 cüzdanda 10.000-dən çox BTC, 2.046 cüzdanda 1.000-dən 10.000-ə qədər BTC, 13.929 cüzdanda isə 100-dən 1.000-ə qədər BTC saxlanılır.

Balansında ən azı 1 bitcoin olan cüzdanların sayı 664.539 təşkil edir.

Milli.Az