Bakıda gənc oğlan boğazından bıçaqlanıb

20 İyun 2020 08:48

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Müzəffər Həsənov küçəsində yerləşən 1 saylı Vərəm Əlehyinə Dispanserin qarşısında dayanan 1995-ci il təvəllüdlü Kərimov Elvin Manaf oğluna naməlum şəxs yaxınlaşıb və onunla mübahisə edib. Sonradan tərəflər əlbəyaxa dava edib. Bu zaman E.Kərimov boğaz nahiyəsindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.

Milli.Az