Bakıda “Mercedes” ağaca çırpılıb, xəsarət alan var

20 İyun 2020 08:08

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda "Mercedes" markalı minik avtomobili ağaca çırpılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az