Bakıda qaraj və içərisində "Toyota" yanıb

20 İyun 2020 07:35

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 70 m2 olan qarajın yanar konstruksiyaları və içərisində "Toyota" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az