Intel kiberhücumlarla bu cür mübarizə aparacaq

23 İyun 2020 21:55

Intel şirkətinin yeni texnologiyası istifadəçiləri zərərli hücumlardan qorumağa kömək edəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeni daxili təhlükəsizlik sistemi Control-Flow Enforcement Technology adlanır. Sistemi bu il, yayın sonunda satışa çıxarılacaq.

CET texnologiyası çipə inteqrasiya ediləcək. Sistem prosessorda tapşırıqların icra ardıcıllığına nəzarət edəcək.

Yeni mexanizm hücum cəhdlərinin qarşısını ala biləcək.

Yeni sistem Intel şirkətinin gələcək masaüstü və server platformalarında tətbiq ediləcək.

Milli.Az