TikTok təhsil bazarına daxil olur

23 İyun 2020 21:40

TikTok sosial şəbəkəsi təhsil ilə bağlı məzmunun yaradılması üçün yüzlərlə ekspert və təşkilatı cəlb edəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə platforma nümayəndələri açıqlama verib.

Xeyriyyə təşkilatları və universitetlər TikTok-da məzmun yaratmaq üçün ödəniş edəcəklər.

Sosial şəbəkənin Avropa üzrə baş meneceri Riç Votervortun sözlərinə görə, platformada təlim videolarına marağın artımı müşahidə olunur, #LearnOnTikTok həşteqı isə 7 milyarddan çox izləmə sayı toplayıb.

"Tiktok gəncləri bir yerə toplayan platformadır. Burada mövcud olan müxtəlif effektlər, səslər, keçidlər təlim videolarını daha maraqlı edərək insanları bir yerə toplayır", - deyə o qeyd edib.

Milli.Az