Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb

19 İyun 2020 17:01

Baş Nazir Əli Əsədov xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb.

Milli.Az xəbər verir ki, qərarda deyilir:

1. koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılıb.

2. "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarının 1-ci hissəsində "15 iyul" sözləri "1 avqust" sözləri ilə əvəz edilib.

Milli.Az