Qışa tənək tədarükü: Dolmasız qış təsəvvür etmək mümkün deyil - VİDEO

20 İyun 2020 15:48

Azərbaycanlıların ən sevimli yeməyi olan yarpaq dolmasının hazırlanması üçün ən yaxşı yarpaq seçilməlidir. Ev xanımlarının qış üçün tənək tədarükünü necə gördüyünü videomuzda izləyin.

Yayda həyətə çıxıb, tər yarpaq dərib dolma bişirmək çətin iş deyil. Bəs qışda nə etməli? Azərbaycanlı ev xanımları qış tədarüklərini indidən görür, qışda dolma bişirmək üçün tənəyi indidən bağlayırlar.

Milli.Az bildirir ki, qaxlı evdar xanım Leyla Abdullayeva öz tənək tutumu üsulunu Sputnik Azərbaycan-la bölüşüb. Bunun üçün o müəyyən qədər yarpaq yığdı, onları ölçülərinə görə dəstə-dəstə ayırdı və hazırlığını gördü - şüşə banka, şüyüd, duz və qaynar su.

Leyla xanım deyir ki, yarpağın saplağını həm kəsmək, həm də yerində saxlamaq olar.

Qeyd edək ki, mütəxəssislər dolma bükmək üçün ağ üzüm yarpaqlarından istifadə etməyi tövsiyə edirlər. Onlar qırmızı sortlarla müqayisədə daha yumşaq və dadlı olur.

Milli.Az