TƏBİB-in sədri Ramin Bayramlı koronavirusa yoluxmayıb - RƏSMİ AÇIQLAMA

19 İyun 2020 15:18

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının koronavirusa yoluxması ilə bağlı iddialar səsləndirilib.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı redaktor.az-a açıqlama verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Ramin bəyin virusa yoluxması ilə bağlı yayılan məlumatlar yalandır. O, hazırda iş başındadır.

Ramin Bayramlı tibb müəssisələrinə səfərlər etdiyinə görə, mütəmadi olaraq testden keçirilir və nəticələri neqativdir", - deyə R. Əliyeva bildirib.

Milli.Az