“Real” onların formasını satışa çıxardı - Bu qiymətə alındı

19 İyun 2020 16:00

"Real"  bugünlərdə "Eybar"la matçda iştirak edən bəzi futbolçularının geyindiyi formaları ABŞ-da təşkil olunan hərraca çıxarıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ən baha qiymətə - 7 min avroya Luka Modriçin forması satılıb. Eden Azarın forması 3,2 min, Serxio Ramosun forması 3,1, Qaret Beylin forması isə 1,5 min avroya alınıb. Satışdan əldə edilən gəlir "Real"ın sosial layihələrinin inkişafına yönəldiləcək.

Məlumata görə, "Valensiya" ilə dünənki görüşün formaları da hərraca çıxarılacaq.

Milli.Az