Azarkeşləri səhv salan futbolçu sillə yedi - FOTO-VİDEO
21 Aprel 2010 11:07
"İnter"in səfərdə "Zadar"ı 1:0 hesabı ilə məğlub etdiyi oyunda yeganə qolu Tomislav Boreç vurub. Qolun sevinci futbolçunu o qədər çaşdırıb ki, komandaların azarkeşlərinin tribunalarını dəyişik salıb. O, qolu vurduqdan sonra "İnter"in tərəfdarlarının tribunası zənn etdiyi istiqamətdə qaçıb və meydançanın kənarındakı arakəsmənin üstünə çıxıb. Sevincini tribunadakı azarkeşlərlə bölüşmək istəyən futbolçuya qəzəblənən rəqib komanda azarkeşlərindən biri ona sillə vurub. Tomislav Boreç yanıldığını yalnız onda başa düşüb.