Xaçmazda baş verən yol qəzasında ata ölüb, oğlu xəsarət alıb

19 İyun 2020 15:00

Xaçmazda iki avtomobil toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, iyunun 18-də saat 18 radələrində Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində kənd sakini A.Qadaşovun idarə etdiyi "Mercedes" və Qoçaqlı kənd sakini A.Nurəhmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə A.Nurəhmədov və sərnişini olan atası Şahvələd xəstəxanaya yerləşdiriliblər. Ş.Nurəhmədov orada ölüb.

Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az