Rəvanə Əliyevanın anası koronavirusa yoluxdu

19 İyun 2020 12:12

"Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin" (TƏBİB) mətbuat katibi Rəvanə Əliyevanın anası koronavirusa yoluxub. 

Milli.Az xəbər verir ki, qafqazinfo-ya məlumatı təsdiqləyən TƏBİB rəsmisi bildirib ki, anasından götürülmüş COVİD-19 testinin cavabı müsbət çıxıb. Artıq o, xəstəxanada müalicə olunur: 

"Son vaxtlar ailəmlə yaxın kontaktım olmayıb. Digər ailə üzvlərimizdən də koronavirus testi götürülüb".

Milli.Az