Hospitalın rəis müavini Bəhram Bağırzadənin son durumu haqda danışdı

19 İyun 2020 11:43

Bəhram Bağırzadənin durumu stabil, kritik, ağır olaraq qalır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Onun sözlərinə görə, əməkdar artistin durumunda cuzi yaxşılaşma qeyd edilir.

Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar.

Milli.Az