"Apple"nin banisindən komiks danışacaq

16 Dekabr 2011 08:08
Milli.Az xəbər portalı "Reuters"ə istinadən bildirir ki, "Stiv Cobsun Zeni" (The Zen of Steve Jobs) adlanacaq kitab Cobsun mənəvi və ruhi inkişafını əks etdirəcək.

Kitabda 1970-2011-ci illərdəki hadisələrdən bəhs ediləcək. Lakin əsas hadisələr 1985-ci ildə, Cobsun "Apple"ni tərk edərək "Next" şirkəti yaratdığı vaxtda cərəyan edir.

Əsas diqqət Stiv Cobsla buddist rahib Kobun Tino Otoqava arasındakı münasibətlərə yönələcək.

Milli.Az