Con Kennedinin bacısı vəfat edib

19 İyun 2020 00:45

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin kiçik bacısı Cin Kennedi Smit 92 yaşında dünyasını dəyişib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Cin Kennedi Smitin qızı Kim bildirib.

Nəşrin məlumatına görə, Cin Kennedi Smit iyunun 17-də Nyu-Yorkun Manhattan rayonundakı evində vəfat edib. Beləliklə, Cozef və Roza Kennedilərin doqquz övladlarından heç biri sağ qalmayıb.

Cin Kennedi Smit 1928-ci il fevralın 20-də anadan olub. 1993-1998-ci illərdə ABŞ-ın İrlandiyadakı səfiri vəzifəsində çalışıb. O, Şimali İrlandiya sülh prosesində vacib rol oynayıb, 1998-ci il aprelin 10-da regiondakı münaqişənin siyasi nizamlanmasına dair Belfast sazişinin imzalanmasına töhfə verib.

Milli.Az