Leyla Abdullayeva: Azərbaycanın karantin təcrübəsi dünya ölkələri tərəfindən təqdir olunur

18 İyun 2020 18:50

Azərbaycanın karantin təcrübəsi dünya ölkələri tərəfindən təqdir olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, əsas məqsəd ölkədə virusun qarşısının alınmasıdır: "Bunun üçün biz qaydalara riayət etməliyik, infeksiyanın yayılmasının qarşısını almalıyıq. Biz bunun üçün lazım olan bütün tədbirləri görürük".

Milli.Az