İsko zədələnib

18 İyun 2020 19:12

Milli.Az qol.az-a istinadən xəbər verir ki, tibbi müayinədən keçən 28 yaşlı yarımmüdafiəçiyə arxa budun zədələnməsi diaqnozu qoyulub. Onun bərpa müddəti barədə məlumat verilməyib.

İspaniya mətbuatı İskonun üç həftə yaşıl meydanlardan uzaq qala biləcəyini yazıb.Belə olacağı təqdirdə, o, "Valensiya", "Real Sosyedad", "Malyorka", "Espanyol", "Xetafe" və "Atletik"lə görüşləri buraxacaq.

Milli.Az