Azərbaycan Türkiyənin ən etibarlı dostu və müttəfiqidir - Rəy sorğusu

18 İyun 2020 13:03

Türkiyə əhalisinin 65,6 faizi Azərbaycanı Türkiyənin ən etibarlı dostu və müttəfiqi hesab edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kadir Has Universitetinin keçirdiyi rəy sorğusunda deyilir.

Sorğunun nəticələrinə əsasən, respondentllərin 70 faizi ABŞ-ı Türkiyə üçün real təhdid hesab edir.

Rəyi soruşulanların 30,2 faizi hesab edir ki, Ankara türkdilli ölkələrlə, 24,8 faizi müsəlman ölkələri ilə, 55 faizi isə bütün ölkələrlə münasibətləri möhkəmləndirməlidir.

Milli.Az