Həftəsonu sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək? - Rəsmi AÇIQLAMA

18 İyun 2020 09:54

"Koronavirus pandemiyası ilə əlaqədar bu həftə sonunda sərt karantin tədbirlərinin tətbiq edilməsi ilə bağlı hələ qərar verilməyib".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bu barədə qərar olan kimi ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı daha əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirmişdi ki, bu həftənin cümə və şənbə günlərində sərt karantin rejimi tətbiq oluna bilər.

Milli.Az