Bakıda "AzSamand" aşıb, ölən var - FOTO

18 İyun 2020 07:55

Bakıda ağır yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda "AzSamand" markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü İmanov Qəhraman Əlövsət oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Foto: APA

Milli.Az