Bakıda mənzildən meyit tapılıb

18 İyun 2020 07:05

Bakı şəhərinin Nəsimi rayonunda mənzildən meyit tapılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.

Aşkarlanan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az