Mister Binə bənzəyən azərbaycanlı müğənni - FOTOSESSİYA

15 Dekabr 2011 18:11
SİA-nın məlumatına görə, bunu ifaçı özü etiraf edib. Şəkillərinin çəkildiyini görən müğənni obyektivə poz verərkən dedi: "Çəkin-çəkin, Mister Binə bənzəyirəm. Hətta onun daha gülməli "variantıyam", - deyərək zarafat da edii.

Müğənni açıqlamasında yaradıcılığında olan yenilik barədə də söz açıb: "Yeni klip çəkdirmişəm. Sözləri Azər Şirinə, musiqisi isə Tərlan Məmmədhüseynova məxsus "Bilməzdim bilirəm" adlı mahnıya. Klipdi skripka ifaçısı Səlim və "Eurovision-2012" mahnı yarışmasının milli seçim turlarının iştirakçısı olan "Ad Gloriam" rok qrupunu müşaiyət etmişik".

Qeyd edək ki, "Bilməzdim bilirəm" mahnısına çəkilən klipin ssenari müəllifi və rejissoru Nail Naiboğlu, quruluşcu operatoru isə Elmir Süleymanovdur.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.