Yeni pilotsuz uçuş aparatları istifadəyə verildi

20 İyun 2020 22:55

Rusiya ordusu təlimlərdə Orlan-10 pilotsuz uçuş aparatlarından istifadə edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeni dronlar gecə və gündüz saatlarında düşmən hədəflərini aşkarlayıb və artilleriya atəşlərini tənzimləyib.

Qeyd edək ki, sözügedən təlimlərdə 500-dən çox şəxsi heyət və 50-dən çox hərbi texnika iştirak edib.

Milli.Az