Moskvadan Bakıya daha 152 Azərbaycan vətəndaşı gətirildi - FOTO

17 İyun 2020 20:25

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq, Azərbaycanın milli aviadaşıyıcısı iyunun 17-də Moskvadan Bakıya daha bir çarter reysi yerinə yetirmişdir.

Bu barədə Milli.Az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Həmin reyslə vətənə 152 Azərbaycan vətəndaşı qayıtmışdır.

Paytaxta gəldikdən sonra sərnişinlər karantinə yerləşdirilmişdir.

Milli.Az