Bakıda qəza: Minik avtomobili avtobusun qarşısına çıxdı

17 İyun 2020 20:21

17 iyun saat 18:30 radələrində Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, 175 nömrəli müntəzəm marşrut xətti üzrə 99-JH-114 dövlət qeydiyyat nişanlı avtobus minik avtomobilinə çırğılıb.

İlkin məlumata görə avtobus hərəkətdə olan zaman minik avtomobili anidən onun qarşısına çıxıb.

Hazırda qəza ilə bağlı müvafiq araşdırma aparılır.

Milli.Az