Avropanın ən iri bankı on minlərlə əməkdaşını ixtisar edəcək

17 İyun 2020 19:09

Avropanın ən iri bankı olan Böyük Britaniyanın HSBC bankı on minlərlə əməkdaşını ixtisar etmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə mətbuata sızan şirkətin daxili məktubunda deyilir.

Bankın baş direktoru Noel Kuinnin imzaladığı məktubda orta müddətdə 35 min əməkdaşın ixtisar olunması nəzərdə tutulur. Bundan başqa, banka yeni əməkdaşların qəbulu tamamilə dayandırılır.

Qeyd edək ki, bu qərar koronavirus pandemiyası ilə əlaqədar qəbul edilib. Fevral ayında bank xərclərini 4,5 milyard dollar məbləğində azaltmağı planlaşdırdığını açıqlamışdı.

Milli.Az