"Xanım bir dəfə gəlinlik geyinər"

17 İyun 2020 17:04

"Xanım bir dəfə gəlin paltarı geyinər. İkinci dəfə olmaz".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Evdəkilərə salam" proqramında qonaq olarkən deyib. Gəlinlik paltarını nümayiş etdirən müğənni aparıcı Aytəkin Mərdanovanın "Bəlkə geyinəsiz" təklifinə etiraz edib. O bildirib ki, qadın gəlinlik paltarını bir dəfə geyinər.

Seyidcahan evindəki qızıl divandan söz açıb:

"Filmə çəkilməyə getmişdim. mebeli görəndə, ürəyimdə arzuladım ki, kaş evimdə olardı. Səhəri gəldim ki, istədiyim bənövşəyi rəng satılıb, başqası qalıb. Oradakı şəxsə dedim, bunu istəyirəm. Mənə hədiyyə etdilər. Bu divan bir ev qiymətinədir. 24 əyyarlı qızılla işlənib".

Milli.Az