"Semaşko" xəstə qəbulunu dayandırdı

17 İyun 2020 14:36

1 saylı Kliniki Tibbi Mərkəz xəstə qəbulunu dayandırıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında mərkəzin baş həkimi Ədalət Dadaşov deyib.

Baş həkim bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, mərkəz yalnız koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulub: "Artıq mərkəzdə olan bütün xətələrin köçürülməsinə başlanıb. Xəstələrdən vəziyyəti yüngül olanlar ambulator müalicəyə buraxılıb, ağır xəstələr isə 1 saylı Respublika Klinik Xəstəxanası və Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülür. Bu gün xəstələrin köçürülməsi prosesi başa çatdırılacaq. Səhərdən mərkəz tam olaraq koronavirus xəstələri üçün ayrılacaq".

Milli.Az