Mübariz Aslanov Azərbaycan Dövlət Televiziyasının Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsindən çıxıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, Mübariz Aslanov məlumatı öz sosial media hesabında təsdiqləyib.
"Dostlar, artıq AzTV-dən ayrılmışam. Bu qədər. Qaldı ki, elin də, zamanın da gözü tərəzidir" deyə o, sosial şəbəkədəki qısa açıqlamasında bildirib.
Qeyd edək ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi 2019-cu il martın 1-dən fəaliyyət göstərir. M.Aslanov da həmin vaxtdan şöbə müdiri təyin olunmuşdu.
Milli.Az